Dünya
Türkiyəyə şok: Rusiya kürdlərə muxtariyyət söz verib
Suriyada başladığı hava əməliyyatları ilə Türkiyənin Suriya siyasətinə böyük zərbə vuran Moskva Ankaranı şoka salacaq daha bir addım atıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya kürdlərə Suriyanın şimalında muxtariyyət söz verib.
Ankara isə bunun qəti əleyhinədir. Amma Rusiyanın Suriyada yaxın əməkdaşlığı proseslərin bu istiqamətdə getdiyini göstərir.
Xəbər verildiyi kimi, Rusiya, Dəməşq rejimi və YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı) Suriyanın şərqində əməliyyatların koordinasiya edilməsi barədə razılaşıblar. Bu iddia ilə Livanda dərc olunan “Əl Ahbar” qəzeti iki gün əvvəl çıxış edib.
İddiaya görə, YPG ilə Dəməşq arasında danışıqlarda vasitəçiliyi Rusiya edib. Xəbərdə bildirilir ki, Rusiya, Suriya və YPG-nin yer aldığı birgə qərargahın qurulması üçün iş aparılır. Məlumata görə, üç tərəfin koordinasiyası ilə keçiriləcək əməliyyatlarda 20 minə qədər kürd silahlısı iştirak edəcək.
İrəli sürülən müxtariyyət iddiasından sonra Rusiya və Türkiyə arasında münasibətlərin daha da gərginləşəcəyi təxmin edilir.
Ömər Dağlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi