Türkiyə faciədən döndü: qadın kamikadze tutuldu
Bizi izləyin

Dünya

Türkiyə faciədən döndü: qadın kamikadze tutuldu

Türkiyənin Konya şəhərində terror aktının qarşısı alınıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror aktı törətməyə hazırlaşan “Jinda” kod adlı Necla Y. və onun əlaqəli olan 4 nəfər saxlanılıb.

Kamikadze hücumuna hazırlaşan “Jinda”nın PKK terror təşkilatının gənclik qanadı tərəfindən təlimatlandırıldığı bildirilir. 25 yaşındakı qadın terrorçunun Suriyanın Kobani bölgəsində kamikadze təlimi aldığı müəyyən edilib.

Məlumata görə, Necla Y.-nın məqsədi Konyaya polisə qarşı terror hücumu keçirmək olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm