Dünya
Təqaüdçülərə konfet verib vergisini istədilər
Krosnoyarskidə təqaüdçülər vergi idarəsindən “zəhmətlə qazanılmamış gəlirlər” qrafası olan qəbz alıblar. Təqaüdçü Lyobov Berdışeva deyir ki, 2015-ci ildə onun 205 rubl 13 qəpik zəhmətlə qazanılmamış gəliri olub: “İndi mən bunun 27 rublunu vergi kimi ödəməliyəm”.
Publika.az Azadlıq radiosuna istinadən xəbər verir ki, belə bir məktubu onun qonşusu, təqaüdçü Zinaida Shidlovskaya da alıb: “Növbəti gün mən vergiyə zəng elədim, sonra ora getdim, məktubu onlara göstərdim: “Oy, biz heç nə bilmirik. Siz yəqin ki, nəsə satmısız, ya da nə isə başqa bir şey. Ola bilsin, kimə isə hədiyyə etmisiniz”, mənə belə dedilər”, - söyləyir.
Təqaüdçülər xüsusi araşdırma aparıblar. Məlum olub ki, zəhmətlə qazanılmayan gəlir- bu, bir qutu konfetə aid imiş. Ötən ilin oktyabrında yerli rayon rəhbərliyi Ahıllar Günündə təqaüdçülərə bir qutu konfet hədiyyə edib. Bu hədiyyənin dəyəri 200 rubla yaxındır. Gəlirin 13 faizinin vergi tutulmasına yönləndirilməsinə müvafiq olaraq, təqaüdçülər 27 rubl vergi ödəməlidirlər.
- Kiçik bir konfet qutusu idi.
- Dadlı idimi?
- Yox, orda nəsə assorti idi. Nəvəm dedi ki, dadlı deyil.
Təqaüdçülərə bildirilib ki, belə bir vergini 700-ə yaxın yerli ödəməlidir. Qəbzi təkcə təqaüdçülər yox, məktəblilər də alıb.
Məmurlar qəzəbli etirazlardan sonra səhvi düzəldiblər və söz veriblər ki, ödənilmiş vergiləri geri qaytaracaqlar.
“Yanlışı düzəltdik. Hesabatda ödənişlərlə bağlı dəyişiklik olub. Biz belə bir qəbz alan sakinlərdən dönə-dönə üzr istəyirik, bəyan edirik ki, bu vergini ödəmək lazım deyil”, deyə Krosnoyarski rayonunun Oktyrabrski adminstrasiyasının mətbuat katibi Evqeniya Jalimova açıqlayıb.
İndi Krosnoyarskidə may təntənəsinə hazırlıqlar gedir. Şəhərdə on tədbir planlaşdırılıb, əlbəttə ki, hədiyyələr də nəzərdə tutulub. “Gözüçıxmış qardaşdan” dərs alan təqaüdçülər deyirlər ki, artıq hakimiyyətdən hədiyyə almağa çəkinirlər: “Biz onlara demişik ki, daha bizə konfet almayın. Onsuz da biz bu hədiyyəni götürməyəcəyik. Onlar da bizə cavab veriblər ki, onsuz da daha hədiyyə olmayacaq, böhrandır”.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...