FSB estoniyalı “casusu” tutdu
Bizi izləyin

Dünya

FSB estoniyalı “casusu” tutdu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Sankt-Peterburqda Estoniya sakini Arsen Mardaleyşvilini saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, estoniyalı casusluqda ittiham olunur.

İddiaya görə, Arsen Mardaleyşvili Estoniya polisinin tapşırığı ilə Rusiya Silahlı qüvvələri haqqında hərbi xarakterli məxfi məlumatlar toplayırdı. FSB-dən bildirilib ki, hərbi xarakterli məlumatların itkisi dövlətin müdafiə qabiliyyətinə zərər vura bilərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm