Dünya
Türkiyə Rusiyanın hədəsinə sərt cavab verdi
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni hədələyərək Qara dənizə keçən ABŞ hərbi gəmiləri ilə bağlı Ankaranı tənqid edib. Onun sözlərinə görə, Montrö müqaviləsinə zidd olaraq həmin gəmilərə müqavilədə müəyyənləşdirilmiş müddətdən daha çox qalma haqqı tanınıb.
Sergey Lavrovun bu iddialarını Ankara cavabsız qoymayıb və sərt
reaksiya göstərib. Türkiyə rəsmiləri Rusiyanın iddiasının heç bir
şəkildə doğru olmadığını, gəmilərin keçidinin və Qara dənizdə qalma
müddətinin tamamilə Montrö müqaviləsinə uyğun olaraq
gerçəkləşdirildiyini vurğulayıblar.
Mövzuyla əlaqədar Türkiyə bir yazılı açıqlama verib:
"Türkiyə Montrö Boğazlar Konvensiyasını 78 ildir ki, ciddi şəkildə
tətbiq edir. Montrö Konvensiyasının tətbiq olunması məzmununda RF
xarici işlər nazirinə istinadən mətbuatda yayılan iddialar heç bir
şəkildə gerçəyi əks etdirmir.
Ankaradakı Rusiya Federasiyası səfirliyi tərəfindən nazirliyimizə
də çatdırılmış olan bu iddialara lazımlı cavab əsasən verilib".
/anspress/
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...