Milyonluq ferma 1 funta icarəyə verilir
Bizi izləyin

Dünya

Milyonluq ferma 1 funta icarəyə verilir

Uelsdəki Great Orme parkında yerləşən bir milyon funt (təxminən 1 milyon 460 min dollar) dəyəri olan ferma illik 1 funta (1 dollar 46 sent) icarəyə verilir.

Publika.az BBC-yə istinadən xəbər verir ki, kirayənişin fermadakı çoxlu qoyuna və fermaya baxmalıdır.

Landudno şəhəri yaxınlığında yerləşən fermanın açarını Milli Fond təklif edir.

Keçən il fond ərazinin qorunmasına başlayıb. İndi isə ümid edir ki, kimsə onun bərpasına kömək edəcək.

Burada nadir heyvan və bitki növləri var. Təşkilatın bildirdiyinə görə, onlardan bıziləri dünyanın başqa heç yerində yoxdur.

Bu sahil bölgəsinin bəzi xüsusi ehtiyacları olduğuna görə, müasir əkinçilik metodları mümkün olmaya bilər.

“Biz xüsusi otsalma rejimini həyata keçirməyəcəyimiz təqdirdə buranın bərpası mümkün olmayacaq,” təşkilatın meneceri Villiam Grinvud deyib.

Qoyunların qeyri ənənəvi otarılması metodu çətin relyefdə uzun müddət çobanlıq zərurəti yarada bilər.

Grinvud əlavə edib ki, onlar hazırda təbiəti qorumağa və sağlam qida hazırlamağa hazır kirayəçi axtarırlar.

Yeni kirayəçinin sentyabr ayınadək tapılacağı ümid edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm