Ermənistanın baş kəşfiyyatçısı istefa verdi
Bizi izləyin

Dünya

Ermənistanın baş kəşfiyyatçısı istefa verdi

Ermənistanın baş kəşfiyyatçısı istefa verdi

Ermənistan Milli təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan istefa verib.

Publika.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə onun özü keçirdiyi mətbuat konfransında bildirib.

A.Baqdasaryanın sözlərinə görə, bu addımı “Orinas Yerkir” Partiyası Siyasi Şurasının qərarını nəzərə alaraq atır. O, üzvü olduğu partiyanın hökumət koalisiyanın tərkibinə daxil olmamağı barədə qərar verdiyini xatırladıb.

A.Baqdasaryan məhsuldar işinə görə Milli Təhlükəsizlik Şurasının əməkdaşlarına da təşəkkür edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm