NATO Rusiyanın yalanını üzə çıxardı - Foto
Bizi izləyin

Dünya

NATO Rusiyanın yalanını üzə çıxardı - Foto

NATO Rusiyanın yalanını üzə çıxardı - Foto

NATO Ukraynanın şərq sərhədlərindən Rusiya qoşunlarının geri çəkilməsi faktını təsdiqləməyib.

Publika.az – ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hərbi alyans Ukrayna sərhədlərində Rusiyanın hərbi texnikasının hələ də qaldığını göstərən foto yayımlayıb.

Fotonun peykdən çəkildiyi bildirilir.

“Rusiya qoşun bölmələrinin Ukrayna ilə sərhəddən çəkildiyini göstərən heç bir məlumat yoxdur. Dialoqa şərait yaratmaq üçün Rusiyanı Cenevrə razılaşmasını yerinə yetirməyə və qoşun bölmələrini Ukrayna ilə sərhəddən geri çəkməyə çağırırıq”, - NATO-nun nümayəndəsi deyib.

Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ müdafiə naziri Çak Hegel ilə telefon söhbətində Ukrayna ilə sərhəddə təlimlərdə iştirak edən Rusiya hərbi qruplaşmaları dislokasiya olunmuş ərazilərə qaytarıldığını bildirib.

Rusiya müdafiə naziri həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti son vaxtlar ölkənin cənubi-şərqində təxminən 80 tank, 130-dan çox piyada döyüş maşını və zirehli avtomobil, ən azı 60 artilleriya topu və minaatan cəmləyib. “Müntəzəm olaraq döyüş aviasiyası cəlb edilir. Ukrayna hərbçilərin buradakı sayı 15 minə çatır. Bütün bunlar Ukraynanın özünün dinc əhalisinə qarşıdır”, - S.Şoyqu amerikalı həmkarının diqqətinə çatdırıb.

Xatırladaq ki, Ukrayna ilə həmsərhəd rayonlarda Rusiya hərbi qruplaşmaların hərbi təlimləri 24 apreldə başlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm