İnkassatordan 1,6 milyon dollarlıq qızılı oğurladı - - VİDEO
Bizi izləyin

Dünya

İnkassatordan 1,6 milyon dollarlıq qızılı oğurladı - - VİDEO

Asayiş keşikçiləri şübhəli şəxs barəsində axtarış elan ediblər.

Naməlum şəxs Nyu-Yorkda inkassator furqonundan içində 1,6 milyon dollar dəyərində qızıl olan qabı oğurlayıb.

Publika.az lenta.ru-ya istinadən xəbər verir ki, şəhərin polis departamenti tərəfindən yayılmış videogörüntüdə yaşlı kişinin furqonun yanından keçdiyi əks olunub. Birdən onun diqqətini maşındakı qızıl cəlb edir və tamah onu yoldan çıxarır. Naməlum şəxs qızıl dolu qabı aparır.

Asayiş keşikçiləri şübhəli şəxs barəsində axtarış elan ediblər. Onlar bildiriblər ki, bu, 50-60 yaşlı, latın amerikalı şəxsdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm