Sarkisyanı Qarabağ səfərində müşayiət edən hərbçilər öldü
Bizi izləyin

Dünya

Sarkisyanı Qarabağ səfərində müşayiət edən hərbçilər öldü

Yol qəzasında Ermənistan Müdafiə Nazirliyinin aparatının iki əməkdaşı həlak olub.

Ermənistanın Sünik vilayətiində baş verən yol-nəqliyyat qəzasında Ermənistan Müdafiə Nazirliyinin aparatının iki əməkdaşı həlak olub.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində Müdafiə Nazirliyinin təhlükəsizlik Xidmətinin əməkdaşları - avtomobili idarə edən leytenant Armen Musikyan və kapitan Aleksan Simonyan ölüb.

Məlumata görə, “Lexus” markalı avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb.

Onların Ermənistan Prezidenti Serj Sarkisyanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərdə müşayiət etdikləri ehtimal olunur.

Qeyd edək ki, daha əvvəl “Hraparak” qəzeti özünün etibarlı mənbələrinə istinadən Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağa gizli səfər etdiyini yazıb. Səfər üç gün davam edib və bu gün başa çatıb. Sarkisyan Qarabağda separatçı liderlərlə və komandirlərlə görüşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm