Misirdə terrorçular polisə hücum edib: həlak olanlar var
Bizi izləyin

Dünya

Misirdə terrorçular polisə hücum edib: həlak olanlar var

Hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.

Misirin cənub-qərbində Vadi el-Qedid əyalətində terrorçuların polisin nəzarət buraxılış məntəqəsinə hücumu zamanı 8 nəfər həlak olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, polis və hücum edənlər arasında hələdə döyüşlər davam edir.

Məlumata görə, iki silahlı hərbçilər tərəfindən məhv edilib. İnsident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb.

İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm