İsrail HƏMAS-ın Qəzza zolağındakı mövqeyini bombaladı
Bizi izləyin

Dünya

İsrail HƏMAS-ın Qəzza zolağındakı mövqeyini bombaladı

İsrail HƏMAS-ın Qəzza zolağındakı mövqeyini bombaladı.

İsrail tankı Fələstin anklavası ilə dənizkənarı sərhəd ərazisində yəhudi hərbçilərə açılan atəşə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağındakı postuna zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağı ilə sərhəd yaxınlığında mühafizə xidməti həyata keçirən İsrail hərbçiləri tərəfə atəş açılıb, buna cavab olaraq İsrail tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın postuna zərbə endirib", - deyə məlumatda bildirilir.

Bundan əvvəlki dəfə İsrail tankları yanvarın 15-də HƏMAS-ın Qəzza zolağındakı mövqelərini atəşə tutmuşdular. Həmin zaman da Fələstin anklavası ilə sərhəd ərazisində hərbçilərə açılan atəşə cavab olaraq zərbə endirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm