Pentaqon üçlüyü Türkiyəyə qarşı - RAKKA PLANI
Bizi izləyin

Dünya

Pentaqon üçlüyü Türkiyəyə qarşı - RAKKA PLANI

Ankara YPG-nin daxil edildiyi heç bir əməliyyata dəstək verməyəcək.

ABŞ prezidenti Donald Trampa Rakka əməliyyatı planının təqdim edilməsinə son 2 gün qalıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın müdafiə naziri Ceyms Mettis və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danforda İŞİD-lə mübarizə planının hazırlanması üçün verdiyi vaxt fevralın sonunda başa çatır.

Planda Suriyada İŞİD-in mərkəzi, eyni zamanda terror təşkilatının de-fakto paytaxtı sayılan Rakkanın azad edilməsi üçün keçiriləcək əməliyyatın detalları da yer alacaq.

Vaşinqton bir tərəfdən YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü –red.) dəstəyini davam etdirir, digər tərəfdən isə Türkiyəni narazı salmayacaq plan üzərində işləyir. Ankara YPG-nin daxil edildiyi heç bir əməliyyata dəstək verməyəcək.

Lakin ABŞ KİV-inin yazdığına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) YPG-nin Rakka əməliyyatında iştirak etməsində maraqlıdır. ABŞ-ın Mərkəzi Komandanlığının komandiri, general Cozef Votel də Barak Obama dövründə YPG-nin ən böyük dəstəkçilərindən idi. Votel Danford və Mettislə birlikdə Rakka planını hazırlayan ən kritik şəxslərdən biridir.

İddialara görə, Votel YPG-yə dəstək verilməsinin tərəfdarıdır. Amma Türkiyəni buna razı salmağın da yolları var: Bu güclərə Rakka əməliyyatında istifadə olunacaq qədər silah verilməlidir. Ancaq daha sonra silah və sursatın çatdırılması məhdudlaşdırılmalıdır. Verilən bütün silah-sursat qeydiyyata alınmalı və bütün bu məlumatlar Türkiyə ilə şəffaf bir şəkildə paylaşılmalıdır.

Türkiyənin tələbi YPG-nin həm Rakkaya girməməsi, həm də Münbiçdən geri çəkilməsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm