"Amnesty İnernational" növbəti hesabatını yayıb
Bizi izləyin

Dünya

"Amnesty İnernational" növbəti hesabatını yayıb

"Amnesty İnernational" növbəti hesabatını yayıb

Dünyanın ən nüfuzlu insan haqları təşkilatlarındıan biri olan "Amnesty İnernational" növbəti hesabatını yayıb.

Avropa.info-nun məlumatına görə, qurum son zamanlar Ukraynada baş verən hadisələri sərt formada tənqid edib və bildirib ki, Ukraynada insanların hüquqlarının pozulmasına görə MDB məkanında 1-ci yerdədir.

Ukrayna hətta Özbəkistan və Türkmənistan kimi ölkələri də "qabaqlaya" bilib. Hesabatda bildirilir ki, son günlər bir-biri ilə qarşıdurmaya gedən tərəflər insanların hüququnu kobud şəkildə pozur.

Dövlət idarələrində, polis bölmələrində vətəndaşlara, jurnalistlərə işgəncələr çoxalıb. Qurumun Avropa və Asiya bürosunun rəhbəri Con Caqyuzen Ukraynada tərəfləri sülhə çağırıb. O, həmçinin MDB məkanında insan haqları ilə bağlı vəziyyətin daha da pisləşdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm