Prezident qohumlarına vəzifə paylayır: Kürəkən baş konsul oldu
Bizi izləyin

Dünya

Prezident qohumlarına vəzifə paylayır: Kürəkən baş konsul oldu

Tacikistan prezidenti Emomali Rahmon Xarici İşlər Nazirliyində rəhbər vəzifələrə öz yaxın qohumlarını qoyub.

Tacikistan prezidenti Emomali Rahmon Xarici İşlər Nazirliyində rəhbər vəzifələrə öz yaxın qohumlarını qoyub.

Prezidentin qızı Ozoda Rahmon xarici işlər nazirinin birinci müavini olub. Bundan əvvəl o, nazirin müavini idi.

Eyni gündə - mayın 15-də prezidentin kürəkəni Aşraf Gulov Tacikistanın Rusiyadakı baş konsulu təyin edilib.

Keçən həftə isə prezident öz bacısı oğlu Sirojiddin Gulmurodovu Xatyon vilayətinin vergi xidmətinin rəisi vəzifəsinə qoymuşdu.

İ.Rahmonun digər kürəkəni - Jamoliddin Nuraliyev uzun müddətdir ki, maliyyə nazirinin müavinidir.

Prezidentin böyük oğlu Rustam Emomali isə keçən ilin axırında Tacikistanın Gömrük Xidmətinin rəisi təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm