Ərdoğanın sillələdiyi şəxs danışdı – Video
Bizi izləyin

Dünya

Ərdoğanın sillələdiyi şəxs danışdı – Video

Baş nazir tərəfindən sillələndiyi iddia edilən şəxs “Baş nazirimiz istəmədən mənə bir sillə vurdu” deyib.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Baş naziri R.T.Ərdoğanın mədən faciəsindən sonra hadisə yerinə getməsi və orada baş verənlər ölkədə böyük rezonans doğurub. Ərdoğan etirazçılardan qaçmaq üçün bir marketə sığınıb.

Daha sonra gələn xəbərlər görə Ərdoğan marketdə onu protesto edən şəxsə “ulan İsrail dölü” deyərək boğmaq istəyib. Ancaq Ərdoğan və cangüdənləri tərəfindən hücuma qalan şəxs Tanər Quruca açıqlamasında bildirib ki, əslində Ərdoğan ona yalnız bir sillə vurub. O , əsasən Ərdoğanın cangüdənləri tərəfindən döyülüb:

“Etiraz edənlərlə heç bir əlaqəm yoxdur. Mən sadəcə marketə alış-veriş etmək üçün getmişdim. Həmin vaxtı kütlənin mənə tərəf gəldiyini gördüm və Cənab Baş nazir ilə üz-üzə gəldim. Cangüdənlər məni itələməyə başladı və Baş nazir də kütləyə əsəbləşdiyi üçün hirsinə hakim olmayıb istəmədən də olsa mənə bir sillə vurdu. Onun mənə sillə vurduğuna üzülmürəm. Ancaq yanındakı cangüdənlər mənə çox sərt zərbələr vurdular”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm