Trampın kürəkəni etiraf etdi: “Ruslarla 4 dəfə görüşdüm”
Bizi izləyin

Dünya

Trampın kürəkəni etiraf etdi: “Ruslarla 4 dəfə görüşdüm”

ABŞ prezidenti Donald Trampın kürəkəni, eyni zamanda məsləhətçisi Jared Kuşner ABŞ-da keçirilən prezident seçkiləri zamanı ruslarla işbirliyinin olması iddialarına cavab verib.

Publika.az xəbər verir ki, Kuşner məsələ barədə ABŞ senatının qapalı qapılar arxasında keçirdiyi istintaq prosesi zamanı ifadə verib.

O, qayınatasının və özünün seçki kampaniyası zamanı Rusiya ilə gizli razılaşmaya getmədiyini deyib.

Haqqında çıxan iddialara ilk dəfə canlı yayımda cavab verən Kuşner rus təmsilçilər ilə heç bir təmasının olmadığını vurğulayıb:

“Öz işlərim üçün heç bir rusa bel bağlamadım və tələb edilən bütün bilgilərin təmin edilməsi müddətində son dərəcə şəffaf işlər gördüm. Paylaşdığım qeyd və sənədlər seçki kampaniyası dövründə həyata keçirdiyim minlərlə görüşmə arasında rus təmsilçilərlə 4 görüşüm olduğunu göstərib. Ancaq bu görüşlərin heç birinin prezident seçkilərinə aidiyyatı yoxdu”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm