Erməni dindarlar arasında vəzifə savaşı - Ruhanilər Məclisi baş arxiyepiskopu qovdu
Bizi izləyin

Dünya

Erməni dindarlar arasında vəzifə savaşı - Ruhanilər Məclisi baş arxiyepiskopu qovdu

Türkiyə erməniləri Ruhanilər Məclisi baş arxiyepiskop Aram Ateşyanın səlahiyyətlərinin əlindən alınması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu məclisin dünənki toplantısından sonra verilən bəyanatda bildirilib. Onun səlahiyyətləri patriarxlığın divan katibİ Değabah Bekçiyana həvalə olunub. Bekiçyanın yerinə isə Dırtad Uzunyan gətirilib.

Bəyanatda bildirilib ki, bundan sonra rəsmi orqanlar və banklar qarşısında yeganə imza səlahiyyəti olan şəxs patriarxlığın baş məmuru arxiyepiskop Bekçiyana aid olacaq. Aram Ateşyanın erməni patriarxlığı adından heç bir iş görmək hüququ yoxdur.

Qeyd edək ki, hələ bu ilin əvvəlində Değabah yeni rəhbər seçilsə də, Ateşyan vəzifəsini Bekçiyana təhvil verməkdən imtina etmişdi. Ruhanilərin Ümumi Məclisi isə 28 iyundakı toplantıda Ateşyanın bütün səlahiyyət və vəzifələrini sonlandırmışdı.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm