Dörd ölkə torpaq itirə bilər: Yaxın Şərq yeni MÜHARİBƏYƏ GEDİR
Bizi izləyin

Dünya

Dörd ölkə torpaq itirə bilər: Yaxın Şərq yeni MÜHARİBƏYƏ GEDİR

Sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində nəzərdə tutulmuş müstəqillik referendumunun nəticəsi olaraq İran və Türkiyə Suriya və İraqın ərazisində genişmiqyaslı hərbi əməliyyata başlayacaqlar. Bu halda İsrail, İraq, Rusiya və ABŞ, ehtimal ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla münasibətləri korlamamaq üçün nisbi bitərəfliyi saxlayacaq.

Publika.az xəbər verir ki, bu haqda rusiyalı politoloq Denis Korkodinov politrus.com saytında dərc olunan yazısında bildirib.

Politoloq bu fikirdədir ki, referendum Yaxın Şərqi yeni müharibəyə aparır.

“Yada salmaq çətindir ki, Yaxın Şərqdə xarici siyasətin aparılmasının perspektivləri üzrə Vaşinqton, Moskva, Tehran, Bağdad və Dəməşqin mövqeləri nisbətən uyğun gəlsin. Ancaq kürd referendumu bu ölkələrin xarici siyasətinə öz düzəlişlərini daxil etdi. Əsas beynəlxalq oyunçular praktik olaraq yekdil fikrə gəldilər, kürdlərə müstəqilliyi vermək lazım deyil”, - rus politoloq qeyd edib.

Onun sözlərinə görə, kürd muxtariyyətinin nümayəndələrinin fikrincə, seçicilərin mütləq əksəriyyəti, yəni 2,5 milyondan çoxu müstəqilliyə səs verərsə, onda Suriya, İraq, Türkiyə və İranın kürd ərazilərinin ayrılması prosesi dönməz xarakter alacaq.

“Buna görə də ərazi bütövlüyünün saxlanılması üçün Bağdad Ankara, Moskva və Tehranla birləşməyə məcbur olacaq. Belə addım İraq üçün olduqca ağrılı olacaq, çünki öz müstəqilliyini itirmək riski ilə qarşı-qarşıyadır. İran da həmçinin kürdlərin müstəqilliyinin əleyhinədir. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri bu yaxınlarda Ankaraya rəsmi səfər edib və Türkiyə prezidenti Tehrana yola düşəcək. İran, Rusiya, Suriya, İsrail və ABŞ bir müddət hadisələrə “gözləri bağlamağı” üstün tutacaq. Kürd referendumunun nəticələri geosiyasətin bütün sisteminin yenidən qurulmasına gətirib çıxara bilər. Bu, beynəlxalq səhnədə praktik olaraq bütün oyunçuların maraqlarına ziyan vurur”, - Denis Korkodinov yazıb.

Politoloq qeyd edir ki, Tehran kürd referendumunun keçirilməsinin qarşısını almaq üçün xüsusi əsaslara malikdir:

“Çünki İraq kürdləri İraq və Suriya arasında yerləşən ən əhəmiyyətli sərhəd ərazilərinə nəzarət edirlər. Bu ərazilər Tehranın maraqlarının zonasına daxildir. İran bu ərazilərdən Aralıq dənizinə quru dəhlizin təşkili üçün istifadə etməyi planlaşdırır. Əlbəttə, kürdlər İrana lazım olan əraziləri əldə etməyə icazə verməyəcəklər. Buna görə də iranlılar türklərin timsalında müttəfiq axtaracaqlar. Bu yaxınlara qədər Tehran Ankara ilə mümkün ittifaqdan açıq danışa bilmirdi. Hazırda isə Tehran vaxtilə müttəfiqləri olan kürdləri türk artilleriyasının atəşi altına qoyaraq Ankaranın tərəfinə keçdi”.

Onun sözlərinə görə, Vaşinqton da referendumla əlaqədar narahat olduğunu göstərir. Politoloq qeyd edir ki, ABŞ-ın müdafiə naziri Ceyms Mettisin kürd muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşü də bundan xəbər verir.

Denis Korkodinov qeyd edir ki, açıq mənbələrə görə, Pentaqon rəhbəri kürd liderindən referendumun qeyri-müəyyən müddətə təxirə salınmasını israrla xahiş edirdi. Lakin Bərzaninin rədd cavabı verdiyi bildirilir.

“Əngəl ondan ibarətdir ki, kürdlər həqiqətən də referenduma “bütün problemlərdən”, hər şeydən əvvəl Bağdadın təşəbbüsü ilə təşkil edilmiş energetika blokadasından qurtulmaq üçün səbəb kimi baxırlar. Bununla əlaqədar olaraq, onları ümumxalq səsvermə ilə müstəqilliyin əldə edilməsindən imtinaya inandırmaq mümkün deyil. Bununla belə, referendumun keçirilməsi halında Peşmərgəyə (kürd muxtariyyətinin silahlı gücləri –red.) yeni dövləti İran və Türkiyədən qorumaq çox çətin olacaq. Problem yalnız onda deyil ki, regional hökumət öz aralarında duşmənçilik edən tayfalar arasında bölünüb, peşmərgənin əsas zəif yeri ağır silahların çatışmazlığıdır. Bu Tehrana və Ankaraya həmin əraziləri itkilərsiz tutmağa imkan verir”, - politoloq yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm