İranlı aktrisa prezidenti öpdüyünə görə üzr istədi
Bizi izləyin

Dünya

İranlı aktrisa prezidenti öpdüyünə görə üzr istədi

İranlı aktrisa Leyla Hatəmi Kann kinofestivalının prezidenti Jil Jakobu öpdüyü üçün üzr istəyib.

İran KİV onun üzrxahlıqla bağlı müraciətini yayıb. Aktrisa bildirib ki, belə tədbirlərin təşkilatçılarına islam qaydaları ilə bağlı məhdudiyyətlər haqda öncədən danışır.

“Bu festivalda sonuncu dəfə iştirak edəcək, yaşı 90-ı haqlamış Jil Jakobla bağlı olaya gəldikdə isə deməliyəm ki, görünür, o, danışdıqlarımı unudub. Onun yaşı üçün bunu da normal saymaq olar.

Hətta mənim əllə görüşməklə bağlı xəbərdarlığım belə işə yaramadı. O, mənim babam yaşındadır. Bir də mən orada qonaq idim”, - deyə Leyla yazıb.

Aktrisa həmin görüşdə çıxılmaz vəziyyətdə olduğunu, bu məsələyə görə açıqlama verdiyi üçün isə “utandığını” da vurğulayıb.

Xatırladaq ki, İran rəsmiləri onun bu hərəkətindən hiddətləndiyini bildirmiş, bəziləri onun şallaqlanmasını istəmişdi.

Leyla Hatəminin baş rolu oynadığı “Nadir və Siminin boşanması” filmi 2011-ci ildə Berlin kinofestivalının baş və “Oskar”- ın “əcnəbi dildə ən yaxşı film” mükafatlarına layiq görülüb. Ölkəsindən kənarda o, bu rolu ilə tanınır. (BBC)

    Oxumağa davam et
    Reklam
    Reklam

    Gündəm