Beynəlxalq ekspertlər "Mehmetcik"in etdiklərini heyrətlə izləyir: "Dünya belə ordu görməyib"
Bizi izləyin

Dünya

Beynəlxalq ekspertlər "Mehmetcik"in etdiklərini heyrətlə izləyir: "Dünya belə ordu görməyib"

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində YPG terrorçularına qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı 3-cü günündə davam edir.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, ASO-nun yanvarın 20-də Azez-Gülbaba sərhəd xəttindən başladığı quru əməliyyatı dünən Türkiyə Silahlı quüvvələrinin 6 min 400 hərbçisinin qatılması ilə davam edib.

Əməliyyatın ilk 48 saatında 7,5 kilometr irəliləyən Türkiyə ordusu və ASO planlaşdırılandan daha sürətlə hərəkət edir. Plana görə, 4-cü gün üçün qarşıya qoyulan hədəflərə 2-ci gün çatmaq mümkün olub. Hərbi ekspertlər dünyada ikinci belə bir ordunun olmadığını, Türkiyə ordusunun çox güclü və nizamlı olduğunu bildirirlər.

Xüsusilə, Kırıkhan-Hassa xəttində Afrinə bağlı Raco, Şedia ve Surki bölgələrində döyüşlər şiddətlənib, PYD-nin nəzarət aldığı 21 nöqtə istifadə olunmaz vəziyyətə gətirilib.

130 kilometr uzunluqda və 7-9 kilometr dərinlikdəki əməliyyatı Türkiyə Silahlı qüvvələri, MİT ve ASO birlikdə həyata keçirir. Afrinə 9 istiqamətdən irəliləyən birliklər PYD-nin nəzarətindəki 69 kəndə girib, 11-i tamamilə təmizlənib.

“Habertürk” nəşrinin yazdığına görə, siyasi və hərbi mənbələr PYD-nin müqavimət göstərə bilmədiyini və geri çəkildiyini bildirirlər. Qeyd olunur ki, bunda terrorçuların Dəməşq və Moskvadan istədiyi dəstəyi ala bilməməsinin də böyük rolu olub. İddiaya görə, Afrininin mərkəzində PYD rəhbərliyi Rusiya və Suriya nümayəndələri ilə 4 görüş keçirib və şəhəri rejim qüvvələrinə təhvil verə biləcəklərini bildiriblər. PYD-nin Dəməşqə “Afrini birlikdə müdafiə edək” təklifi etdiyi, lakin Suriya hakimiyyətinin təklifə müsbət yanaşmadığı deyilir.

“Hürriyyət” nəşrinin müxbiri Uğur Erganın əldə etdiyi məlumatlara görə, xüsusi təyinatlılar və komanda birlikləri “Leopard” və “M-60” tankları ilə dünən günorta saatlarına qədər 5 kilometr Afrin istiqamətində irəliləyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm