Jirinovskidən təhsil üçün UNİKAL TƏKLİF
Bizi izləyin

Dünya

Jirinovskidən təhsil üçün UNİKAL TƏKLİF

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski şagirdlərin biliyinin qiymətləndirilməsi zamanı “iki” verməməyi və onları məktəblərdən çıxarmamağı təklif edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, siyasətçinin fikrincə, bu, uşaqlara zərər verə və gözlənilməz nəticələrə gətirib çıxara bilər.

“Ümumiyyətlə “iki” verməmək lazımdır. Müsbət qiymətləndirmək imkanı yoxdursa, ümumiyyətlə, qiymət verməyin. Və məktəbdən çıxarmaq lazım deyil”, - partiya lideri bildirib.

Jirinovski həmçinin rusiyalıları əl sıxma ilə görüşdən imtina etməyə çağırıb. Onun fikrincə, bu cür görüşmək mikrobların böyük miqdarının daşınmasına səbəb olur. Siyasətçi qeyd edib ki, Rusiyanın Liberal Demokrat Partiyasında artıq bu qayda ilə görüşməkdən imtina ediblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm