İraqda daha 4 Türkiyə vətəndaşı oğurlandı
Bizi izləyin

Dünya

İraqda daha 4 Türkiyə vətəndaşı oğurlandı

Terrorçuların girov götürdükləri türk sürücülərin sayı 32-yə çatdı Bu gün "İraq Şam İslam Dövləti" qruplaşması Türkiyə vətəndaşı olan daha 4 sürücünü girov götürüb. Bununla da İraq ərazisində terrorçular tərəfindən oğurlanan türk sürücülərin sayı 32-yə

Terrorçuların girov götürdükləri türk sürücülərin sayı 32-yə çatdı Bu gün "İraq Şam İslam Dövləti" qruplaşması Türkiyə vətəndaşı olan daha 4 sürücünü girov götürüb. Bununla da İraq ərazisində terrorçular tərəfindən oğurlanan türk sürücülərin sayı 32-yə çatıb.

Ötən gün terrorçular Türkiyənin İskenderun limanından Mosula dizel yanacağı daşıyan 28 sürücünü ələ keçirmişdilər. /Teleqraf/

Sürücülərin idarə etdiyi yük maşınları, daşınan yanacaq və digər ləvazimat da terrorçuların əlinə keçib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu baş verənlərlə əlaqədar bildirib ki, Türkiyə hökuməti öz vətəndaşlarının taleyindən ciddi narahatdır və onların azad olunması üçün intensiv axtarışlar, danışıqlar davam etdirilir.

Bu arada daha 120 türk işçisi Mosulu tərk edib. Onlar hazırda Kürdüstan muxtariyyatının paytaxtı Ərbildədirlər, oradan Türkiyəyə yola düşməyə hazırlaşırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm