Azərbaycanı növbəti dəfə KTMT ilə hədələdilər
Bizi izləyin

Dünya

Azərbaycanı növbəti dəfə KTMT ilə hədələdilər

Azərbaycanı növbəti dəfə KTMT ilə hədələdilər

“Cəbhə xəttində atəşkəs rejiminin pozulması yeni xəbər deyil. Münaqişə həll edilməyənə qədər bununla barışmaq lazımdır”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan müdafiə naziri Seyran Ohanyan ölkə parlamentində çıxışında deyib.

“Orinas Yerkir” Partiyasından olan deputat Eqine Bişaryanın cəbhə xəttindəki son vəziyyətlə bağlı sualını cavablandıran erməni nazir qeyd edib ki, rəqibin qarşısını hərbi mühəndislik strukturlarının sayəsində kəsmək mümkündür. S.Ohanyan Ermənistan ordusunun mövqelərinin genişmiqyaslı döyüş əməliyyatlarına hazır olduğunu deyib.

Deputat Tevan Poqosoyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərinin Azərbaycanın maraqlarını müdafiə etdiyini müdafiə nazirinin diqqətinə çatdırıb.

S.Ohanyan isə cavabında deyib ki, KTMT-nin kollektiv güclər bütovlükdə genişmiqyaslı əməliyyatlar üçün mövcuddur. “Düşünmürəm ki, KTMT hər hadisəyə reaksiya verməlidir, xüsusən atəşkəsin pozulmasına. KTMT güclərinin cəlb edilməsinin öz proseduru var. Bunun üçün müəyyən şərtlər tələb olunur”, – Ermənistan müdafiə naziri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm