Polis “sxodka”ya basqın etdi: “Qanuni oğrular" tutuldu
Bizi izləyin

Dünya

Polis “sxodka”ya basqın etdi: “Qanuni oğrular" tutuldu

Moskvada “qanuni oğru” saxlanıldı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları “qanuni oğru” Mamuka Qalskini tutublar.

Moskvada “qanuni oğru” saxlanıldı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları “qanuni oğru” Mamuka Qalskini tutublar.

Əməliyyat zamanı Mamuka ilə yanaşı daha 5 kriminal lider də saxlanılıb. Əməliyyat keçirilən zaman cinayətkarlar paytaxtın qərbində restoranların birində olublar. Polisin müdaxiləsi ilə onların “sxodka”sının qarşısının alındığı bildirilir. Əməliyyat məlumatına əsasən “sxodka” zamanı kriminal liderlər hakimiyyətlərinin əhatə dairəsinin hüdudlarını müəyyən etmək və cinayətlə əldə edilən pulları bölüşdürmək məsələlərini müzakirə etməli idilər. Rusiya DİN-nin məlumatında bildirilib ki, 43 yaşlı Gürcüstan vətəndaşı Mamuka Çkadua kriminal aləmdə “Mamuka Qalskiy” adı ilə məşhurdur. Saxlanılma zamanı onun üzərində saxta pasport olub. O, Rusiya Federasiyası ərazisində ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinir. /Aznews.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm