Britaniyada iki rusiyalı tələbə həbs edilib
Bizi izləyin

Dünya

Britaniyada iki rusiyalı tələbə həbs edilib

Britaniyada iki rusiyalı tələbə həbs edilib

Britaniyada iki rusiyalı tələbə terrorçuluqda şübhəli bilinərək həbs ediliblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nyukasl universitetində baş verib. İyunun 10-da universitetin korpuslarının birində partlayıcı maddələr tapılıb. Həmin an tələbələr universitetin korpuslarından evakuasiya olunublar. Hadisə yerinə minaaxtaranlar çağırılıb və partlayıcı maddələr zərərsizləşdirilib.

İnsidenti araşdıran polis idarəsinin rəsmisi bildirib ki, partlayıcı maddələr universitetin hazırlıq korpusunda aşkar edilib. Bu korpusda yerli tələbələrlə yanaşı, əcnəbi tələbələr də hazırlıq kursları keçirlər.

İnsidentlə bağlı hadisədə şübhəli bilinən 18 yaşlı iki Rusiyadan gəlmiş tələbə həbs edilib. Hazırda onların dindirilmə prosesi gedir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm