11 yaşında 40 yerindən bıçaqlandı
Bizi izləyin

Dünya

11 yaşında 40 yerindən bıçaqlandı

11 yaşında 40 yerindən bıçaqlandı

ABŞ-ın Çikaqo şəhərində dəhşətli qətl hadisəsi yaşanıb.

Publika.Az xəbər verir ki, 11 yaşlı Dora Betancourt 14 yaşlı ögey bacısı tərəfindən 40 yerindən bıçaqlanıb. Evə gələn tibb işçiləri bədbəxt uşağı yataq otağında huşsuz halda tapıb. Lakin bütün müdaxilələrə baxmayaraq kiçik qızı qurtarmaq mümkün olmayıb.

14 yaşlı qız bacısını bıçaqlayandan sonra polisə zəng edərək yad insanların bacısını öldürdüyünü bildirib. Lakin həqiqət sonradan ortaya çıxıb. Polislərin sözlərinə görə, ögey bacı Doranı nankor olduğu və onun etdiyi heç nəyi təqdir etmədiyi üçün öldürdüyünü etiraf edib.

Polisə verdiyi ifadəsində 14 yaşlı bacı Dora ilə mübahisələrindən sonra bir müddətdən sonra mətbəxdən bir bıçaq götürüb Doranın otağına gedib. Həmin vaxt yatağında yatan Doranı düz 40 yerindən bıçaqlayıb.

Hadisədən sonra bölgədəki 3 məktəb bağlanıb. Qonşular anaları ilə birlikdə yaşayan qızların əslində bir-birilə çox yaxın olduqlarını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm