Ukrayna ordusunun koordinatlarını Rusiya peykindən alırlar – İddia
Bizi izləyin

Dünya

Ukrayna ordusunun koordinatlarını Rusiya peykindən alırlar – İddia

Ukrayna ordusunun koordinatlarını Rusiya peykindən alırlar – İddia

Terrorçular Ukrayna ordusu və Milli Qvardiya bölmələrinin koordinatlarını Rusiya peykindən əldə edirlər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin nümayəndəsi Vladimir Çepovoy bildirib.

“Bizdə olan informasiyaya görə, terrorçular antiterror əməliyyatlarının istiqamətini əvvəlcədən öyrənirlər. Terrorçular Ukrayna antiterror əməliyyatları qruplarının yerləşdiyi ərazilərin koordinatlarını Rusiyadan alır",– o deyib.

V.Çepovoy gün boyunca Ukraynanın dövlət sərhədi üzərində nəzarətin bərpası, eləcə də Luqansk və Donetsk vilayətlərində terrorçuların məhv edilməsi üçün müvəffəqiyyətli əməliyyatların keçirildiyini qeyd edib. O, Ukraynanın dövlət sərhədinə yaxın ərazilərdə Rusiya hərbi texnikasının yerdəyişməsi və silahlı qüvvələrin aktivləşməsinin müşahidə olunduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm