İrandan 490, Rusiyadan 425, Azərbaycandan isə…
Bizi izləyin

Dünya

İrandan 490, Rusiyadan 425, Azərbaycandan isə…

Mütəxəssislərə görə, İran qazı çox bahalıdır və qiyməti mütləq aşağı salınmalıdır. İran qazının ucuzlaşacağı halda daxili bazrda da qaz qiymətlərində endirimin edilə biləcəyi deyilir. Rəsmi məlumatlara görə, BOTAŞ İrandan il ərzində 8,2 milyard kubmetr tə

Türkiyə İrandan alınan hər kubmetr qaz üçün təxminən 490 dollar ödəyir. İran təbii qazı Rusiya qazından 55, Azərbaycan qazından isə 155 dollar daha bahadır.

Publika.Az –ın verdiyi xəbərə görə, “Zaman” qəzeti İrandan rekord qiymətə təbii qaz alındığı üçün daxili bazarda da qiymət endirimin mümkün olmadığını bildirir.Qəzetin xəbərinə görə, Türkiyə bir kubmetr qaz üçün Rusiyaya təxminən 425 dollar, Azərbaycana isə 335 dollar ödəyir. Mütəxəssislərə görə, İran qazı çox bahalıdır və qiyməti mütləq aşağı salınmalıdır. İran qazının ucuzlaşacağı halda daxili bazrda da qaz qiymətlərində endirimin edilə biləcəyi deyilir. Rəsmi məlumatlara görə, BOTAŞ İrandan il ərzində 8,2 milyard kubmetr təbii qaz alır.

İran isə qiymət endiriminə müsbət yanaşmır. BOTAŞ İran qazının qiymətinin aşağı salınmasına nail olmaq üçün Beynəlxalq Təhkim Məhkəməsinə mühaciət edib. Məhkəmə hələ də davam edir. İran qazının çox baha olduğunu bildirən mütəxəssislər Türkiyənin məhkəmədə qalib gəlmə şansının yüksək olduğunu bildirirlər. Əks halda, BOTAŞ üçün çox ciddi xərclərin olacağını qeyd edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm