Təsadüf? –Yerdə Lavrov, göydə “MİQ-29”lar
Bizi izləyin

Dünya

Təsadüf? –Yerdə Lavrov, göydə “MİQ-29”lar

Bu gün səhər tezdən Ermənistan paytaxtı Yerevan səmasında Rusiya “MİQ-29” qırıcıları uçmağa başlayıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirdi.

Rusiya qırıcılarının göstərdiyi aviaşouda Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri, Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin və digər rəsmi şəxslər iştirak edib.

Moskvanın erməni paytaxtının səması üzərində güc nümayişinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ilə eyni vaxtda düşməsi diqqət çəkməyə bilməz. Dünən Yerevana ikigünlük səfərə gələn Rusiya xarici işlər naziri bu gün rəsmi təmaslara başlayıb. Erməni ekspertləri ilə Lavrovun səfərində Yerevanı heç də xoş olmayan sürprizlər gözlədiyini bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm