Mehdi ordusu özünü İŞİD-ə göstərdi – FOTOLAR
Bizi izləyin

Dünya

Mehdi ordusu özünü İŞİD-ə göstərdi – FOTOLAR

İraqda dini məbədləri və xüsusən də şiələrin ibadət yerlərini qorumaq məqsədi ilə “Barış Tuqayları” adlı hərbi birlik parad təşkil edib.

Publika.az xəbər verir ki, “Sədr” hərəkatının lideri Müqtəda Sədrin çağırışından sonra yaradılan “Barış Tuqayları” təşkilatının üzvləri olan uniformalı minlərlə silahlı şəxs Sədr şəhərindəki Məzfər meydanında əzəmətli hərbi parad keçiriblər.

Genişləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunan paradda çoxlu sayda millət vəkilləri və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.

Xatırladaq ki, “Sədr” hərəkatı lideri Müqtəda Sədr tərəfindən 2003-cü ilin sentyabrında qurulan “Mehdi Ordusu” ölkənin cənubundakı Bağdadın Sədr bölgəsi, Nəcəf və Bəsrə şəhərində aktivdir. 2006-cı ilə qədər ABŞ və İngiltərə ordusu ilə müharibə aparan “Mehdi Ordusu” 2009-cu ilə qədər Malikinin silahlı qüvvələri ilə də müharibə aparıb. 2009-cu ildə silahı yerə qoyduğunu açıqlayan təşkilat Sistaninin İŞİD-ə qarşı verdiyi son fətva çağrısından sonra yenidən silahlanacağını elan edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm