Almaniya ABŞ-dan qisas alacaq?
Bizi izləyin

Dünya

Almaniya ABŞ-dan qisas alacaq?

Almaniya və ABŞ arasında münasibətlər pozula bilər.

Axar.az xəbər verir ki, bu informasiyanı Almaniya mətbuatı hakimiyyətdəki etibarlı mənbələrinə istinadə məlumat yayıb.

Mətbuat iyulun 2-də ABŞ kəşfiyyatçısının yaxalanmasından sonra alman hökumətinin qəzəbləndiyini bildirib:

“Anqela Merkel Çinə səfər ərəfəsində Amerika kəşfiyyatçısının yaxalanması Almaniya hökumətini qəti addımlar atmağa məcbur edib. Berlin hazırda sərt addımlar atmaq niyyətindədir”.

Qeyd edək ki, 4 gün öncə Almaniya kəşfiyyatı Bundestaqda deputatlar tərəfindən ölkədəki ABŞ kəşfiyyat şəbəkəsi haqqında hazırlanmış sənəd haqqında Vaşinqtona məlumat ötürən agenti yaxalamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm