Gülən Ərdoğana 5 min təzminat ödəyəcək
Bizi izləyin

Dünya

Gülən Ərdoğana 5 min təzminat ödəyəcək

Baş nazir Ərdoğan “Sözçü” qəzetindən və qəzetin müxbiri Güləndən 5 min lirə mənəvi təzminat qazanıb.

Publika.az “AHaber”ə istinadən xəbər verir ki, Türkiyə baş naziri “Sözçü” qəzetindəki bir xəbərdə şəxsiyyətinin alçaldılması, şərəf və qüruruna qarşı tamamilə həqiqətəuyğun olmayan ağır ittihamlara məruz qaldığı üçün qəzeti və qəzetin müxbiri Əli Güləni məhkəməyə verib.

Ankara Hüquq Məhkəməsində baxılan prosesdə Ərdoğanın vəkili Burhanəddin Sevəncan ilə qəzetin və Gülənin vəkili Məhəmməd Tarıq Gündoğmuş qatılıb. Hakim Mustafa Çaxmaq hər iki tərəfi dinlədikdən sonra Ərdoğanı haqlı görüb.

Nəticədə, “Sözçü” qəzeti və qəzetin müxbiri 5 min lirə (təxminən 1800 manat – red.) təzminat ödəməyə məhkum edilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm