Krım Ukraynanın tərkibinə könüllü qayıdacaq
Bizi izləyin

Dünya

Krım Ukraynanın tərkibinə könüllü qayıdacaq

“Vaxt gələcək, Krım Ukraynanın tərkibinə qayıtmaq üçün yalvaracaq”.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, eks-prezident Leonid Kravçuk Varşavada beynəlxalq konfransda çıxışı zamanı belə deyib.

O bildirib ki, gec-tez bu baş verəcək. Krımın 3 milyonluq əhalisi belə dözülməz şəraitə çox tab gətirə bilməz: “Tezliklə Krım “Las Veqas”ının girişində çeçenlər və rus banditləri duracaq. Onlar saatı 2 dollara bir-birinə güllə atacaq. Vəziyyətin pisləşməsi krımlıların həyatına, sanatoriyaların, otellərin işinə neqativ təsir edir... Yarımadaya gedənlər azalıb. Marketlərdə azuqə tapmaq problemə çevrilib”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm