Dünya
Öcalanın bacısı qızı siyasətə girdi (FOTO)
PKK terror təşkilatının həbsdə olan lideri
Abdulah Öcalanın bacısı qızı 27 yaşlı Dilək Öcalan da siyasətə
girdi. ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, Dilək
Öcalan Demokratik Bölgələr Partiyasının (DBP) qurultayında partiya
idarə heyətinin üzvü seçilib.
Abdullah Öcalanın bacısı Fatma Öcalanın qızı olan
D. Öcalan Mersin universitetində təhsilini başa vurub və bir müddət
Diyarbəkir Bağlar bələdiyyəsində işləyib. Dilək Öcalanın daha əvvəl
partiyada aktiv fəaliyyətinin olmadığı bildirilir.
Xatırladaq ki, Dilək Öcalan ilk dəfə 2013-cü il
dekabrın 23-də dayısı Abdullah Öcalanla İmralı adasında görüşmüş və
daha sonra görüşün detalları barədə mətbuata bəyanat
vermişdi.
Qeyd edək ki, PKK terror təşkilatını siyasi yöndən
dəstəkləyən Barış və Demokratiya Partiyasının (BDP) adı son
qurultayda DBP olaraq dəyişdirilib.
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü