Azərbaycanlılardan Ukraynaya humanitar yardım
Bizi izləyin

Dünya

Azərbaycanlılardan Ukraynaya humanitar yardım

Ukraynanın Xarkov şəhərinin azərbaycanlıları ölkədə son baş verən silahlı toqquşmalardan əziyyət çəkən bölgələrə humanitar yardım göstəriblər.

ANS PRESS-in məlumatına görə, yardımla əlaqədar Ukraynanın 5-ci kanalına müsahibə verən Ukrayna-Azərbaycan Biznes Şurasının prezidenti Şahin Ömərov bildirib ki, Xarkovda olan azərbaycanlılar Ukraynada baş verən son hadisələrə ağrı ilə yanaşır. Onun fikrincə, Ukraynanın bu çətin günlərində həm ön cəbhə, həm arxa cəbəhədə olanlar ölkəsinin sərhədlərini qorumaq üçün əlindən gələni əsirgəməməlidir.

Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin rəhbəri Murad Ömərov isə müsahibəsində bilidirb ki, Ukraynada baş verən hadisələr həm ukraynalıların, həm də burada yaşayan azərbaycanlıların dərdidir. “Mən fikirləşirəm ki, Ukrayna xalqı mütləq qalib gələcək və bunun baş verməsi üçün biz əlimizdən gələni edəcəyik” deyə, Murad Ömərov müsahibəsində qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm