Dünya
ABŞ senatorlarından Obamaya məktub
ABŞ Senatının üç nüfuzlu üzvü prezident Barak Obamaya məktub yazaraq, Ukraynadakı fəaliyyətinə görə Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların tətbiq olunmasını tələb ediblər.
ANS PRESS-in məlumatına görə, məktub Senat
Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez, Kəşfiyyat
Komitəsinin sədri Dian Feinştein və Silahlı Xidmətlər Komitəsinin
sədri Karl Levin tərəfindən yazılıb.
Üç demokrat senator məktubda Rusiyaya qarşı
müdafiə, enerji və maliyyə sektorlarını əhatə edəcək şəkildə geniş
əhatəli yeni sanksiyaların gətirilməsini məqsədə uyğun hesab
ediblər.
Rusiyanın Ukraynanın şərqindəki separatçı
qüvvələri silahla təchiz etməsinin qarşısının alınmasının lazım
olduğunu bildirən senatorlar, Obamaya "Donetsk Xalq Respublikası"
nın xarici terror təşkilatları siyahısına alınması qərarını da
nəzərdən keçirməyi tövsiyyə ediblər.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...