Kadırov Obamanın bank hesablarını dondurdu
Bizi izləyin

Dünya

Kadırov Obamanın bank hesablarını dondurdu

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov ABŞ prezidenti Barak Obama və Avropa Birliyinin rəhbərliyinə sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, Kadırov sözügedən siyahını özünün İnstaqram səhifəsində açıqlayıb.

“Bu gün mən sanksiya siyahısı tətbiq etməyə qərar verdim və ora ABŞ Prezidenti Barak Obama, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa Şurasının sədri Herman van Rompey, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton və Avropa Parlamentinin sədri Martin Şultsu daxil etdim. Mən onların bank hesablarını və digər aktivlərini dondurmağı əmr etdim. İyulun 27-dən adıçəkilən şəxslərin Çeçenistan Respublikasına girişi qadağan olunur”, - deyə Kadırov yazıb.

Qeyd edək ki, Avropa Birliyinin Ukraynada baş verənlərlə bağlı Rusiya məmurlarına qarşı tətbiq etdiyi genişləndirilmiş sanksiyaya Çeçenistan rəhbəri Ramzan Kadırov, Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçyov, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, keçmiş Daxili İşlər naziri Rəşid Nurqaliyev, Dumanın keçmiş sədri Boris Qrızlov və digər şəxslər məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm