Mark daha da varlanıb
Bizi izləyin

Dünya

Mark daha da varlanıb

Mark Zukerberq “Google” şirkətinin həmtəsisçilərindən (Serqey Brin və Larri Peyc) daha zəngin olub.

Publika.az-ın “ICTnews" elektron xəbər xidmətinə istinadən məlumatına görə, 2014-cü ilin ikinci rübü üzrə “Facebook”un hesabatının dərcindən sonra səhmlərin qiymətinin artması sosial şəbəkənin direktoru “Bloomberg”in milyarderlər reytinqində 16-cı yerdə qərarlaşıb.

30 yaşlı Zukerberqin varidatı 33,3 milyard dollar dəyərində qiymətləndirilib. Larri Peyc və Serqey Brin müvafiq olaraq 17 və 18-ci yerlərdə qərarlaşıblar. Birinci 33,2 milyard, ikinci isə 32,9 milyard dollar dəyərində varidata sahibdir.

Reytinqin 12-ci pilləsində “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm