Dünya
Bərzanidən İŞİD-ə qarşı sərt çağırış
İraq Kürd Yerli Administrasiyasının (İKYA) başçısı Məsud
Bərzani İŞİD-i təqndiq atəşinə tutub.
ANS PRESS-in məlumatına görə, İKYA başçısı Məsud Bərzani İraq Şam
İslam Dövləti (İŞİD) terror qruplaşmasının Mosuldakı müqəddəs
yerləri, məscidləri, türbələri dağıtmasını kəskin şəkildə tənqid
edib.
Bərzaninin bu barədə sözləri İraq Kürd Yerli Administrasiyasının
rəsmi saytında yer alıb.
“Mosul şəhərinin müqəddəs yerləri, türbələr partladılır.
Terroristlər insani dəyərləri ayaq altına alaraq dini və mədəni
irsləri yox etməyə çalışırlar.” –deyə Bərzani bildirib.
O, silahlı qruplaşmanın peyğəmbər və alimlərin türbələrini hədəf
seçməsini mədəniyyətsizlik adlandırıb və qəti şəkildə qınadığını
qeyd edib:
“Ümid edirəm ki, həqiqi müsəlmanlar bu böyük hörmətsizliyi qəbul
etməzlər. Onların etdiyi bu hörmətsizliyin əvəzi ödənməlidir."
Qeyd edək ki, İŞİD silahlıları Suriyada və İraqda ələ keçirdiyi
ərazilərdə yerləşən istər xristian, istərsə də müsəlman abidələri
olsun, hamısını məhv edirlər.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO