Dünya
Türkiyə Qəzzada qətliamı dayandırmağa çalışır
İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara görə hər fürsətdə narahatlığını dilə gətirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəzi ölkələrdəki həmkarları ilə görüşlər keçirib.
Publika.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu
barədə məlumatları Davudoğlu öz tvitter səhifəsində paylaşıb.
Türkiyənin baş diplomatı Qəzzada böhranın başa çatması üçün
fəaliyyətlərinin davam edəcəyini bildirib.
“Qəzzada hər gün daha da böyüyən fəryadı dindirmək üçün cəhdlərimiz
davam edir. Başda Fələstin dövlət başçısı cənab Mahmud Abbas
olmaqla İslam Əməkdaşlıq Təşkilatının sədri İyad Mədəni, ABŞ dövlət
katibi Con Kerri, Qətər XİN rəhbəri Xalid M. əl Atiyə və İngiltərə
xarici işlər naziri Filip Hammond ilə gün ərzində təmaslarımız
olub. Bundan başqa bölgədə olan və 20 ton dərmanı Qəzzaya çatdıran
“Qırmızı Aypara” (Kızılay) cəmiyyətinin sədri ilə görüşərək
Qəzzanın ehtiyacları barədə məlumat aldım. Qəzzadakı böhran
mühitini yox etmək üçün fəaliyyət göstəririk”
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər