Dünya
Azərbaycan diasporu bəyanat göndərdi
Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatları beynəlxalq təşkilatlara bəyanat
ünvanlayıblar.
ANS PRESS-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla verdiyi
məlumata görə, Türkiyədə yaşayan həmvətənlərimiz tərəfindən son
günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas
xəttinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi,
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Azərbaycana qarşı
təxribat törətmələri ciddi narahatlıqla qarşılanıb.
Həmvətənlərimiz adından Türkiyədə fəaliyyət göstərən diaspor
təşkilatlarımız beynəlxalq təşkilatlara bəyanatlar ünvanlayaraq
onları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının İğdır
Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal Ermənistan silahlı
qüvvələrinin təxribatları nəticəsində Azərbaycan əsgərlərinin şəhid
edilməsi və dinc sakinlərin öldürülməsi ilə bağlı bəyanatla çıxış
edib. Bəyanatda bildirilir ki, Ermənistanın bu hücumu qarşılıqsız
qalmayacaq və Azərbaycan ordusu tərəfindən layiqli cavabını
alacaq.
Bununla yanaşı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF)
da cəbhədəki gərginliklə əlaqədar beynəlxalq təşkilatlara
ünvanlanmış bəyanat qəbul edib. Bəyanatda Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi, azərbacanlılara qarşı həyata keçirdiyi
qətliam və soyqırımlara beynəlxalq təşkilatlar və qeyri-hökumət
təşkilatları tərəfindən heç bir siyasi, hüquqi qiymət verilməməsi
və dünya ictimaiyyətinin hələ də bu məsələyə laqeyd qalması
pislənilir.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO