Dünya
İsrail Qəzzaya 6 miyard dollar ziyan vurdu
İsrailin Fələstinin Qəzza zolağında keçirdiyi hərbi
əməliyyatlar regionda çoxsaylı dağıntılara səbəb olub. Fələstin
lideri Mahmud Abbas Aralıq dənizi sahilində yerləşən anklavı
fəlakət bölgəsi adlandırıb və Birləşmiş Millətlər Təşkilatını
müharibənin fəsadlarını aradan qaldırmaq üçün addımlar atmağa
çağırıb.
Qəzzanın Şuacə rayonu ən çox dağıntıya məruz qalan bölgədir.
Burada, məlumata görə, azı 1000-dən çox bina dağılıb. Nəticədə 10
mindən çox insan evsiz qalıb. Qəzzanın yenidən bərpası üçün 6
milyard dollarlıq büdcəyə ehtiyac var.
Hazırda İsrail ilə Fələstinin Həmas hərəkatı arasında atəşkəs
rejimi davam edir. Atəşkəsin bu gün erkən saatlarda başa çatacağı
gözlənilir. Bir qədər əvvəl tərəflər 72 saatlıq atəşkəsə razılıq
vermişdilər. Qəzzalılar bir tərəfdən atəşkəsin uzun müddətli
olacağına ümid etdiyi bir vaxtda, digər tərəfdən BMT məktəblərinə
sığınmağa davam edirlər.
İsrail hökuməti atəşkəsin uzadılmasına dair istəyini bildirsə də,
Həmas qarşı tərəflə ümumi razılığa gəlmək üçün əsasın olmadığını
deyib.
Fələstin rəhbərliyi bir ay davam edən qarşıdurmalar zaman azı 1900
nəfərin öldüyünü, ölənlərdən 400-ünün azyaşlı olduğunu məruzə
edib.
Euronews
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ