Dünya
Putinin 8 avqust yaddaşı, yaxud bir güllə ilə vurulan üç hədəf
“Ukrayna böhranı fonunda postsovet məkanındakı
münaqişələrdən biri özünü xatırlatdı. Keçən həftə erməni və
Azərbaycan hərbçiləri arasında toqquşmalar oldu”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər beynəlxalq fransız
radiosunun siyasi müşahidəçisi Yelena Qabrielyanın “Ukrayna
həqiqəti nəşrində dərc etdirdiyi yazısında yer alıb.
“Yazı “Parisin əvəzinə Soçi və ya Cənubi Qafqazda yeni müharibə?”
adlanır.
Siyasi müşahidəçi xatırladır ki. Fransa prezidenti Fransua Olland
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı təklifi
11-13 may tarixlərində Cənubi Qafqaza etdiyi səfərində etmişdi.
“Fransua Ollandın təklifi atəşkəs müqaviləsinin iyirminci ilinə
təsadüf edirdi. Fransa prezidenti müraciətində bildirdi ki, bu
demarş kiməsə qarşı yönəlməyib. Daha sonra isə BMT Baş
Assambleyasının sentyabr ayında keçiriləcək toplantısında Əliyev və
Sarkisyanın mümkün görüşü gündəmə gəldi. Amma iyulun sonunda təmas
xəttində vəziyyətin kəskinləşməsindən sonra Rusiya Xarici İşlər
Nazirliyinin başçısı Sergey Lavrov bildirdi ki, Rusiya prezidenti
Soçidə iki dövlətin başçıları ilə ayrı-ayrılıqda görüşəcəklər.
Mümkündür ki, üçtərəfli görüş olsun”, - Y.Qabrielyan deyib.
Onun sözlərinə görə, Vladimir Putin yaranmış gərgin vəziyyətdən
istifadə edərək bir güllə ilə bir neçə dovşanı vurmaq istəyib:
“Birincisi, Qərbə bildirir ki, onu qəbul etmək laızmdır. İkincisi,
ayrı-ayrılıqda hər kəslə müəyyən strateji məsələlər barəsində
razılığa gəlmək mümkündür. Üçüncüsü, Gürcüstan dərs verir ki,
“ev”in sahibi kimdir. Axı görüşün tarixi təsadüfən 8-9 avqust
seçilməyib”.
Ömər Dağlı
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO