Üç qaradərili gözəl bir arada – FOTOLAR
Bizi izləyin

Dünya

Üç qaradərili gözəl bir arada – FOTOLAR

Rihanna, Naomi Kempell və İman Məhəmməd Əbdülməcid – bu üç qaradərili qadın diva hesab edilməklə yanaşı, üç ayrı nəslin simvollarıdır.

59 yaşlı somali əsilli model İman 1975-ci ildə “Vogue” jurnalının üz qabığını bəzəyib. Qara panter ləqəbli 44 yaşlı Naomi isə ilk qaradərili modellərdən biridir, o, “Times” və “Vogue” jurnallarında çəkilib. 25 yaşlı Rihanna isə bu illər ərzində kifayət qədər məşhurluq qazana bilib. O, 7 il ərzində 30 dəfə “Billboard Hot 100” reytinqində birinci yerə sahib çıxıb.

İndi isə üç qaradərili gözəl “W” jurnalının foto sessiyasında birgə çəkilib. Onları vahid çəkiliş meydanında bir araya gətirən Balmain moda evinin direktoru deyib: “Bu üç qadın bir çox insanı ruhlandırır. Onları bir araya gətirməklə mən işimi tamaşaçılara nümayiş etdirmək istəmişəm”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm