Dünya
"Putinin Krıma səfəri qəbuledilməzdir"
Ukraynanın Xarici İşlər Nazirliyi Putinin Krıma səfərini
qəbuledilməz adlandırıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Xarici İşlər
Nazirliyinin başçının müavini Danil Lubkivski bildirib.
Ukraynanın Xarici İşlər Nazirliyi Krımda Rusiya Federasiyasının ali
rəhbərliyinin iclasını keçirmək niyyətini qəbuledilməz hesab
edir.
''Krım qanunsuz işğal edilib. Orada Rusiya Federasiyasının
rəhbərliklərinin olması qəbuledilməzdir. Bu Ukrayna XİN-nin dəqiq
və birmənalı mövqeyidir”, - deyə Danil Lubkivski bildirib.
Daha əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov
bildirib ki, Putin avqust ayının 14-də Krımda Rusiya parlamentinin
üzvlərinin və nazirlərinin qarşısında çıxış edəcək.
Vahid seçki günü ərəfəsində Dövlət dumasının dörd fraksiyasının
deputatları Krımda və Sevastopolda seçicilərlə görüşürlər.
Öz növbəsində, Ukrayna prezidenti Petro Poroşenko dəfələrlə
vurğulayıb ki, Krıma görə Rusiya Federasiyasıyla danışıqlarda
Ukraynanın ərazi bütövlüyü məsələlərində güzəştlər olmayacaq.
Həmçinin o əlavə edib ki, Krım məsələsində Ukraynanın milli
maraqlarının müdafiəsi üçün Ukrayna bütün mümkün hüquqi
mexanizmlərdən istifadə edəcək.
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO