46 çeçen əsir düşdü
Bizi izləyin

Dünya

46 çeçen əsir düşdü

Ukraynanın "Donbass" batalyonunun döyüşçüsü Yevgeni Şevçenko Qorlovka ərazisində Ukrayna desantçılarının müvəffəqiyyətli əməliyyatından danışıb.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, Şevçenko hərbçilərin əməliyyat zamanı ərazidən 46 çeçen muzdlu döyüşçüsünün əsir götürdüyünü bildirib.

"Hazırda Qorlovka bizim qayğıkeş desantların nəzarəti altındadır. Bu günün nəticələri - Qafqaz milliyyətindən olan 46 nəfər könüllü olaraq əsir düşüb. Onlar hamısı Çeçen respublikasının nümayəndələridir", - deyə Şevçenko bildirib.

Xatırladaq ki, Sçastiyanın alınmasından sonra bir çox separatçılar təslim olaraq könüllü əsir düşüblər.

Onların arasında həmçinin Batya ləqəbli "səhra komandiri" də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm