İŞİD Avropa və ABŞ-da terror aktlarına hazırlaşır
Bizi izləyin

Dünya

İŞİD Avropa və ABŞ-da terror aktlarına hazırlaşır

"İraq Şam İslam Dövləti” (İŞİD) ABŞ və Avropaya qarşı terror aktlarını planlaşdırır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın bir neçə nəşri xüsusi xidmət orqanlarına istinadən bildirib.
Məlumata görə, İŞİD Avropa və ABŞ-da “hüceyrələr”ini yaratmağa çalışır. Xəbərlərdə İŞİD-in iyun ayında İraqın şimalında iki böyük hərbi bazanı tutduğu xatırlanır, terror təşkilatın ən müxtəlif silah və hərbi texnikaya, daşınabilən zenit-raket komplekslərinə malik olduğu bildirilir.

Qeyd olunur ki, İŞİD ələ keçirdiyi neft yataqları hesabına külli miqdarda pul qazanmaq imkanı əldə edib.
ABŞ xüsusi xidmət orqanlarının bir nümayəndəsi İŞİD-i hazırda mövcud olan terror qruplaşmalarından “ən güclü hərbi güc” adlandırıb.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm