BMT İsraillə əlaqədar istintaqa başlanılmasını tələb etdi
Bizi izləyin

Dünya

BMT İsraillə əlaqədar istintaqa başlanılmasını tələb etdi

UNRWA İsrailin Qəzza hücumlarında mülki şəxslərin sığındığı məktəbləri bombaladığı üçün istintaq aparılmasını tələb edib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı fələstinli qaçqınlara yardım komitəsi (UNRWA), İsrailin Qəzzaya hücumları zamanı UNRWA-ya aid olan məktəbləri vurduğu üçün istintaq işinin açılmasını tələb edib.

UNRWA baş komissarı Pierre Krahenbühl mətbuat konfransında bildirib ki, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda UNRWA-ya aid məktəblərin bombalanmasına dair istintaq işinin başladılması şərtdir.O "məktəblərin bombalanması və İsrail-Qəzza sərhədindəki evlərindən qaçaraq buralara sığınan mülkilərin hədəf alınmasını çox sərt şəkildə qınayırıq” deyib.

Krahenbühl həmçinin UNRWA-nın Qəzzanın müxtəlif bölgələrində olan sığınma mərkəzlərindəki 600 min fələstinliyə yardım və xidmət etdiklərini bildirib və bundan sonra da fələstin xalqını tək qoymayacaqlarını, həmişə onların yanında olacaqlarını deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm