Həzrəti Davud türbəsi dinamitlə dağıdıldı
Bizi izləyin

Dünya

Həzrəti Davud türbəsi dinamitlə dağıdıldı

“İraq Şam İslam Dövlət” (İŞİD) terror təşkilatı Suriyada ələ keçirdiyi ərazilərdə müqəddəs məkanlara hücumlarını davam etdirir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD Hələbin şimalında yerləşən və 14 iyulda ələ keçirdiyi türkman kəndi Toybuktaki Həzrəti Davud türbəsini dinamitlə partladaraq məhv edib.

Türkmanlar tərəfindən “Dabi” adlandırılan və 5 min əhalisi olan kənd İŞİD-in son hücumlardan sonra demək olar ki, boşalıb.

İŞİD İraq və Suriyada aralarında şiələrin də olduğu fərqli dini qruplarının müqəddəs məkanlarını dağıtmaqda davam edir. Həzrəti Davud türbəsi Osmanlı dövründə bərpa edilən müqəddəs məkanlardan biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm